“Napoli”nin texniki məğlubiyyəti ləğv edildi

10:58 23 Dekabr 2020

"Napoli"nin texniki məğlubiyyəti ləğv edilib.

 

Sportarena.az xəbər verir ki, İtaliya Olimpiya Komitəsi klubun apelyasiya şikayətini təmin edib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.Koronavirusa kütləvi yoluxma səbəbindən 4-cü turda "Yuventus"la oyun üçün səfərə gedə bilməyən Neapol təmsilçisinə texniki məğlubiyyət verilmişdi.

 

İtaliya İdman Arbitraj Məhkəməsi federasiyanın 0:3 hesablı texniki məğlubiyyət qərarını ləğv edib. Cennaro Qattuzonun komandasının Turin klubu ilə oyunu keçiriləcək. Qarşılaşmanın yeni tarixi barədə yaxın müddətdə məlumat veriləcək. 


Digər xəbərlər

Xəbər xətti