İslandiya millisində yeni baş məşqçi

12:13 23 Dekabr 2020

Futbol üzrə İslandiya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Arnar Tor Vidarsson çalışdıracaq.Bu barədə İslandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Vidarrson buna qədər İslandiyanın U-21 yığmasına rəhbərlik edirdi. O, əsas millidə noyabrda istefa vermiş Erik Hamreni əvəz edib.

 

Qeyd edək ki, Vidarsson 1998-2007-ci ilərdə İslandiya millisində çıxış edib. 


Xəbər xətti