Bu mövsüm "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olmuş "Makkabi" (Tel-Əviv) baş məşqçisi Giorqos Donislə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə İsrail klubunun saytı məlumat yayıb. 51 yaşlı mütəxəssisin istefaya göndərilmə səbəbi açıqlanmayıb. Donislə yanaşı, onun köməkçiləri ilə də vidalaşılıb.
"Makkabi" Avropa Liqasında I qrupunu 11 xalla 2-ci pillədə bitirərək 1/16 finala yüksəlib.