Qurban Qurbanov: "İmkanım olan kimi Şuşaya da gedəcəyəm"

19:00 24 Dekabr 2020

"Rəşad Sadıqovu təbrik edirəm. Maraqlı komandası var. Hər rəqibə qarşı fərqli oynayır. Onun idman prinsipləri futbolçu kimi necədirsə, məşqçi kimi də elədir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turunda bu gün "Zirə"yə qalib gəldikləri oyundan (3:2) sonra mətbuat konfransında deyib.

 

Rəqib komandanın çalışdırıcısı Rəşad Sadıqov haqda müsbət fikirlər səsləndirən Qurbanov qarşılaşmadan həzz aldığını bildirib: "Rəşad Sadıqov hər zaman oyunçu olanda cavanları məşqdə özü üçün seçirdi. Bu gün futbolçular əziyyət çəkdilər. Rəşad məşqçi olandan sonra çempionatda aqressiya çoxalıb. Onun futbolçu kimi böyük faydası olub, düşünürəm ki, məşqçi kimi də elə olacaq. Öz futbolçularımı da təbrik edirəm. Bizim üçün də əsəbi oyun idi. Zubir kimi oyunçu sarı vərəqə aldı. Tələbim o idi ki, hamı səbrli olsun. Oyunun gedişatında nəticəni düşünmürdüm, qarşılaşmadan həzz alırdım. Mübarizə, sürətli hücum, maraqlı oyun alındı. Bəlkə də ədalətli nəticə heç-heçə idi. Bu matç hamı üçün böyük təcrübə olacaq. Futbolçular da istirahətə yollanacaq. Ümid edirəm ki, pandemiya bitsin, belə oyunlarda azarkeşlər olsun. Bütün komandalardakı baş məşqçilər rəqabəti sevirlər. Hər birinə uğurlar arzulayıram"

 

Q.Qurbanov bu görüşdə "Zirə"nin məğlub olmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirdiyini qeyd edib. O, hətta rəqibin 4:0 hesabı ilə qələbə qazanmasının mümkünlüyünü bildirib: "Uduzan komanda irəli atılanda boşluqlar olur. İnam isə həmişə var. Daim qələbəyə ümid olur. 2:0-dan oyunu çevirmək asan deyil. Qırmızı vərəqə də oyuna təsir etdi". 


Digər xəbərlər

Xəbər xətti