Türkiyə Superliqasında 15-ci turun oyunları davam edir.
Sportarena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma keçirilib. “Qaziantep” evdə “Alanyaspor”a qalib gəlib. Son çempion "Başakşəhər”in “Kasımpaşa” ilə ev oyununda qalib müəyyənləşməyib. “Dənizlispor” evdə “Ankaragücü”nə, “Yeni Malatyaspor” autsayder “Ərzurumspor”a məğlub olub.
"Qaziantep" –"Alanyaspor" - 3:1
Qol: Diçko, 9. M.Demir, 30. Maksim, 61 – Davidson, 26.
"Dənizlispor" – "Ankaragücü" - 1:2
Qol: R.Niyaz, 80 – A.Cankaya, 21. Lukaşik, 45.
"Yeni Malatyaspor" – "Ərzurumspor" - 1:3
Qol: Akkua, 62 – Qomes, 44. Donald, 67. Obertan, 71.
"Başakşəhər" – "Kasımpaşa" - 2:2
Qol: Çadli, 27. Vişça, 90+2 – Y.Erdoğan, 36. Hodziç, 85.
Bu nəticələrdən sonra "Qalatasaray" 29 xalla liderliyini qoruyub. "Alanyasppor" və "Qaziantep" 27 xalla 2-ci, 3-cü yerləri bölüşür. "Fənərbaxça" 26 xalla 4-cü, "Beşiktaş" 25 xalla 5-cidir.