Azərbaycan Premyer Liqasında qış fasiləsi yaranıb. Ölkə çempionatında çıxış edən klublar vaxt itirmədən heyətlərinə əl gəzdirməyə başlayıblar.
Sportarena.az qış transfer pəncərəsi dövründə həyata keçirilən transferləri operativ şəkildə təqdim edəcək:
"Neftçi"
Gələn: Orxan Qurbanlı ("Səbail": icarədən qayıdıb), Ahmed Ahmedov
Gedənlər: Prins İbara (“Beerşot”, Belçika: icarə müqaviləsinə xitam verilib), Cabir Əmirli ("Sumqayıt": icarə)
Müqavilə müddətini uzadan: yoxdur
"Qarabağ"
Gələn: yoxdur
Gedən: Musa Qurbanlı ("Zirə", icarə), Donald Gerye
Müqavilə müddətini uzadan: yoxdur
"Zirə"
Gələn: Musa Qurbanlı ("Qarabağ", icarə), Nemanya Andelkoviç ("Zlatibor", Serbiya), Filipe Pahtman ("Lvov", Ukrayna)
Gedənlər: Kayo Rangel, Rəşad Eyyubov, Ali Sesay
Müqavilə müddətini uzadan: yoxdur
"Sumqayıt"
Gələnlər: Cabir Əmirli ("Neftçi": icarə), Mehdi Şərifi ("Paykan", İran), Höccət Haqverdi ("Peykan", İran), Dmitri Nağıyev
Gedən: Adəm Həmati, Kərəm Sultanov
Müqavilə müddətini uzadan: yoxdur
"Qəbələ"
Gələn: yoxdur
Gedən: yoxdur
Müqavilə müddətini uzadan: yoxdur
"Səbail"
Gələn: Luka İmnadze ("Samtredia", Gürcüstan), Milovan Petroviç ("Vardar", Şimali Makedoniya), Ali Sesay
Gedənlər: Arsen Ağcabəyov ("Sabah": icarə müqaviləsinə xitam verilib), Orxan Qurbanlı ("Neftçi": icarə müqaviləsinə xitam verilib), Əli Sadıxov, Murad Qayalı, Bəxtiyar Rəhmani, Elgün Nəbiyev, Bahadur Həziyev
Müqavilə müddətini uzadan: yoxdur
"Keşlə"
Gələnlər: Anatole Abanq ("Şerif", Moldova), Nicat Qurbanov ("Samtrediya", Gürcüstan), Sadio Tounkara ("Narva Trans", Estoniya), Yevgeni Koçuk, Elvin Yunuszadə
Gedənlər: Aleksandr Kristovao, Şohrux Qadoyev, Artur Batista, Alvaro Tavareş, Dmitri Klots, Yunis Hüseynov (baş məşqçi)
Müqavilə müddətini uzadan: yoxdur
"Sabah"
Gələnlər: Arsen Ağcabəyov ("Səbail": icarədən qayıdıb), Tiemoko Fofana (“İlves”, Finlandiya: icarə), Bəxtiyar Həsənalızadə, Dmitri Klots
Gedən: Yevgeni Koçuk, Ozan Can Kökçü, Ulisse Diallo, Nikola Vuyadinoviç
Müqavilə müddətini uzadanlar: Təmkin Xəlilzadə, Şakir Seyidov