"Sabah"ın hazırlıq planı açıqlandı

14:10 28 Dekabr 2020

"Sabah” klubunun qış hazırlıq proqramı müəyyənləşib.

 

Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, komanda yanvarın 8-dək istirahət edəcək.Məhz həmin gün Visente Qomesin kollektivi bir araya gələrək, mövsümün ikinci yarısının hazırlıqlarına başlayacaq. Məşqlər Masazırdakı "Bank Respublika Arena”da baş tutacaq. Ancaq hazırlıq çərçivəsində yoxlama görüşünün olub-olmayacağı hələ bəlli deyil.

 

Qeyd edək ki, "Sabah” Premyer Liqanın XIV turu çərçivəsində yanvarın 21-də "Qarabağ”la qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti