“İdmana ayrılacaq vəsaiti sosial və hərbi sahəyə yönləndirək” - AÇIQLAMA

15:24 28 Dekabr 2020

“Hərbi sahəyə ayrılmış vəsaiti 3 milyarda qaldırsaq yaxşı olar”.

 

Sportarena.az “Qafqazinfo”ya istinadla xəbər verir  ki, bu təkliflə deputat Elman Nəsirov çıxış edib.

 

O qeyd edib ki, Ermənistanın büdcəsinin gələn il üçün gəlirləri 3 milyarddır: ”Qoy biz elə edək ki, təkcə bizim hərbi büdcəmiz 3 milyard olsun. 2021- ci ildə də böyük idman tədbirləri yəqin ki, pandemiyaya görə keçirilməyəcək. Ona görə də həmin sahəyə ayrılması nəzərdə tutulan vəsaitin sosial və hərbi təhlükəsizlik sahələrinə ayrılması yaxşı olardı”.  


Digər xəbərlər

Xəbər xətti