Futbol üzrə Monteneqro millisinə yeni baş məşqçi təyin olunub.
Sportarena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Miodraq Raduloviç çalışdıracaq.Bu barədə Monteneqro Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Monteneqrolu mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə sözləşməsi başa çatan Faruk Hacibegiçi əvəzləyib. Raduloviç millinin tarixində sayca 6-cı baş məşqçidir.
Qeyd edək ki, Monteneqro UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İlk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan Canni De Byazinin başçılıq etdiyi komanda ikinci qarşılaşmada qolsuz heç-heçə edib. Qrupu zirvədə tamamlayan Monteneqro seçməsi pley-offa vəsiqə qazanıb.