Yunis Hüseynov xəstəxanadan evə buraxıldı

13:39 29 Dekabr 2020

"Keşlə" komandasının baş məşqçisi Yunis Hüseynov koronavirusdan sağalıb.

 

Paytaxt təmsilçisinin Mətbuat katibi Murad Axundovun "Report"a verdiyi məlumata görə, 55 yaşlı mütəxəssisin test nəticəsi mənfi olub və o xəstəxanadan evə buraxılıb.Hüseynovun hazırda özünü yaxşı hiss etdiyi bildirilib.

 

Qeyd edək ki, Yunis Hüseynovun koronavirus testi dekabrın 15-də müsbət çıxıb. 


Digər xəbərlər

Xəbər xətti