“İnsanların məni fitə basmasını sevirəm” - Ronaldo

15:02 29 Dekabr 2020

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı hücumçu, boş tribunalar qarşısında oynamağın sıxıcı olduğunu deyib:

 

“Açığı, boş tribunalar qarşısında oynamaq çox sıxıcıdır. Futbolçular olaraq bütün protokollara hörmət edirik. Düzdür, sağlamlıq hər şeydən önəmlidir, lakin bu vəziyyəti heç sevmirəm.Futbol oynayıram, çünki bu işi çox sevirəm. Ailəm, uşaqlarım, dostlarım və azarkeşlər üçün oynayıram. İnsanların məni fitə basmasını sevirəm. Topa toxunanda başlayırlar fitə basmağa, mən bunu da sevirəm”.  


Digər xəbərlər

Xəbər xətti