Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış “Qarabağ” - “Səbail” oyunu ilə bağlı yekun qərar verilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın vaxtı dəyişdirilib. Görüş əvvəldən nəzərdə tutulduğu kimi fevralın 8-də deyil, yanvarın 28-də keçiriləcək.
Xatırlada ki, Peşəkar Futbol Liqası koronavirus səbəbindən Azərbaycan Premyer Liqasının və kubokunun təqviminə dəyişiklik edib.