"Keşlə"nin də hazırlıq planı məlum oldu

17:04 30 Dekabr 2020

"Keşlə"nın qış hazırlıq planı müəyyənləşib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının III dövrəsinə və ölkə kubokunun 1/4 final mərhələsinə hazırlaşan paytaxt təmsilçisi yanvarın 4-də Bakıda məşqlərə start verəcək.Komanda hazırlıq çərçivəsində yanvarın 10-da MOİK, 14-də isə “Neftçi” ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, "Keşlə" yanvarın 21-də Azərbaycan Premyer Liqasının 14-cü turunda "Sumqayıt"ı qəbul edəcək. 


Digər xəbərlər

Xəbər xətti