İtaliyanın “Milan” klubu ciddi itkiylə üzləşib.
Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Aleksis Salemakers zədələnib.Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Belçikalı futbolçu azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
Salemakers bu mövsüm A Seriyasında 13 oyuna 2 qol vurub.