"Traktor" Asiyanın ən populyar klubu oldu

11:25 3 Yanvar 2021

Cənubi Azərbaycan təmsilçisi “Traktor” Asiyanın ən populyar klubu seçilib.
 
 

Sportarena.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.Təbriz klubu qurumun rəsmi saytında keçirilən sorğuda 51,14 faiz səslə 1-ci olub. "Al qardlar" eyni zamanda Asiyanın ən çox azarkeşi olan klubu da seçilib.

 
Qeyd edək ki, İran çempionatında 9 turdan sonra 13 xalı olan “Traktor” 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.  


Digər xəbərlər

Xəbər xətti