“Beşiktaş”ın sabiq hücumçusu yenidən Avstraliyada

13:36 3 Yanvar 2021

“Beşiktaş”ın sabiq futbolçusu Bobo karyerasını Avstraliyada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı hücumçu “Sidney” klubuna keçib.Bu barədə A Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bobo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Braziliyalı hücumçu 2006-2011-ci illər aralığında “Beşiktaş”da çıxış edib. Bobo, Türkiyə klubu ilə 144 oyuna 58 qol vurub. Forvard daha əvvəl 2016-2018-ci illərdə “Sindey”də forma geyinib. Hücumçu, 2017/18 mövsümündə Avstraliya A Liqasında 27 qol vuraraq, “qızıl buts” mükafatını qazanmışdı.


Xəbər xətti