Almaniya 2-ci Bundesliqasında 14-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun da çıxış etdiyi “Ersgebirge” “Braunşveyq”lə qarşılaşıb. Görüş ““Ersgebirge”nin qələbəsi ilə başa çatıb - 3:1.
Nazarov oyunda meydana 58-ci dəqiqədə çıxıb.
Qeyd edək ki, 14 turdan sonra 22 xalı olan “Ersgebirge” 6-cı pillədə qərarlaşıb.