Nicat Qurbanov "Samtrediya"nı Bakı təmsilçisinə dəyişdi

02:13 4 Yanvar 2021

Nicat Qurbanov Gürcüstanın "Samtrediya” klubundan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.Gürcüstan təmsilçisi Nicata xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

 

"Samtrediya”nın mətbuat xidməti Nicatın yeni klubunun da adını açıqlayıb. Gürcülər Qurbanovun karyerasını "Keşlə”də davam etdirəcəyini bildiriblər. Azərbaycan klubu isə hələ bu transferi rəsmən açıqlamayıb.

 

Qurbanov 2019-cu ildən "Samtrediya”da çıxış edirdi.


Digər xəbərlər

Xəbər xətti