“Səbail” 3 futbolçu ilə vidalaşdı

08:00 5 Yanvar 2021

“Səbail” bir neçə futbolçusu ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bunlardan biri yarımmüdafiəçi Əli Sadıxovdur.Premyer Liqa təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçu ilə klub arasındakı müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Futbolçuya azad agent statusu verilib.

 

Qeyd edək ki, 21 yaşlı futbolçu iki mövsüm idi “Səbail”də çıxış edirdi. O, bu müddət ərzində “dənizçilər”in heyətində cəmi 8 rəsmi matça çıxıb.Paytaxt klubu Murad Qayalının da klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Futbolçuya azad agent statusu verilib.

 

“Səbail”də icarədə olan Arsen Ağcabəyov isə müqavilə ilə məxsus olduğu “Sabah”a qayıdıb.


Digər xəbərlər

Xəbər xətti