İspan model Corcina Rodriges sevgilisi olan "Yuventus"un hücumçusu Kriştianu Ronaldunu 2021-ci ilin ilk qələbəsi münasibəti ilə təbrik edib.
Sportarena.az xəbər verir ki, o, Turin təmsilçisinin A seriyasının 15-ci turunda "Udineze"ni 4:1 hesabı ilə məğlub etdiyi oyundan sonra "Instagram" hesabında paylaşım edib.
Görüşdə dubl edən portuqaliyalı hücumçunun şəklini paylaşan Corcina bu sözləri yazıb: "Zəhmət hər şeyi qazanır. İlin ilk hədəfi. Çox gözəl, sevgilim!".