"Əcnəbilərin olmaması bizə təsir etmir" - Aqil Məmmədov

20:15 5 Yanvar 2021

"Artıq dünən fərdi məşqlərə başlamışıq. Komandada əhval-ruhiyyə yaxşıdır".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçısı Aqil Məmmədov klubun televiziyasına açıqlamasında deyib.

 

Təlim-məşq toplanışı barədə danışan 31 yaşlı qolkiper hazırlığın normal olduğunu bildirib: "Sabahdan komanda şəklində məşq edəcəyik. Çalışırıq ki, əhval-ruhiyyə yüksək olsun və çempionata yaxşı hazırlaşaq".

 

Məmmədov legionerlərin hələlik komandaya qoşulmaması haqda isə qeyd edib: "Hazırda fiziki məşqlərə üstünlük veririk. Komanda tam tərkibdə məşq edə bilmir, qapıçılar və futbolçular ayrıdır. Legionerlərin olmamasının bizə təsiri hələ ki, özünü göstərmir. Hər şey qaydasındadır".


Digər xəbərlər

Xəbər xətti