Futbol üzrə Türkiyə Super Liqasında 17-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.“Yeni Malatyaspor” “Sivasspor”u, “Qaziantep” “Ankaragücü”nü qəbul edib. Malatyada heç-heçə qeydə alınıbsa, Qaziantepdə meydan sahibləri inamlı qələbəyə seviniblər. Son turda xal itirən “Qalatasaray” bu dəfə səfərdə “Konyaspor”un qonağı olub. Məhsuldar keçən qarşılaşma İstanbul təmsilçisinin məğlubiyyəti ilə bitib.
Türkiyə Super Liqası
17-ci tur
Yeni Malatyaspor – Sivasspor 2:2
Qol: Fofana, 25. Tetteh, 63 – E.Yeşilyurt, 18. Qradel, 32.
Qaziantep – Ankaragücü 2:0
Qol: Maksim, 69. E.Şahin, 90+5.
Konyaspor – Qalatasaray 4:3
Qol: E.Daci, 41; 46. U.Demirok, 82-pen. Kravets, 90+2 – Diaqne, 45+2; 77-pen. O.Çağlayan, 90+5