Millimizin üzvü Bosniya klubunda

12:17 6 Yanvar 2021

Azərbaycan milli komandasının üzvü Tyaqo Teles Bolinya karyerasını Bosniya və Herseqovinada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futzalçı "Tuzla Siti" klubu ilə müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sözləşmənin müddəti açıqlanmayıb.Bolinyanın dünən Belqrada getdiyi və artıq komanda ilə məşqlərə başladığı bildirilib.

 

Qeyd edək ki, Bolinya 2016-cı ildən Azərbaycan milli komandasına cəlb edilir. Onun son klubu Rusiya "Tümen"i olub. 


Digər xəbərlər

Xəbər xətti