İngiltərə Premyer Liqasının lideri "Liverpul" Türkiyə millisinin üzvü Merih Demiralı transfer etmək istəyir.
Sportarena.az xəbər verir ki, "qırmızılar" 22 yaşlı futbolçunun keçidini həll etmək üçün hərəkətə keçib.İtaliya mediasının məlumatına görə, Vircil van Diyk və Co Qomesin zədələnməsindən sonra mərkəz müdafiəçisi axtarışında olan "Liverpul" türk futbolçu üçün "Yuventus"a 45 milyon funt-sterlinq (təxminən 104 milyon manat) təklif edir.
Qeyd edək ki, Merih Demiral "Yuventus"a 2019-cu ilin yayında "Sassuolo"dan 18 milyon avroya transfer olunub. Bir müddətdi zədəli olan gənc futbolçu 9 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib.