Argentina yığmasının keçmiş futbolçusu Xavyer Maskerano vəzifəyə təyin edilib.
Sportarena.az xəbər verir ki, 36 yaşlı sabiq yarımmüdafiəçi Argentina Futbol Federasiyasında çalışacaq.Qurumun rəsmi saytının yaydığı məlumata görə, o, milli komandalar üzrə strukturda çalışacaq.
Qeyd edək ki, Maskerano karyerası ərzində "River Pleyt”, "Korintians”, "Vest Hem”, "Liverpul”, "Barselona”, "Hebey” və "Estudiantes” kimi klublarda çıxış edib.