“Neftçi”nin sabiq futbolçusu Vyetnam klubunda

11:30 8 Yanvar 2021

“Neftçi”nin sabiq futbolçusu Dario Frederikonun yeni klubu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı vinger karyerasını Vyetnamda davam etdirəcək.Braziliyalı oyunçu “Hoşimin” klubu ilə bir illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Dario Frederiko 2018-ci ildə və 2019/20 mövsümündə "Neftçi"nin formasını geyinib. O, Azərbaycanda "Kəpəz" klubunun da şərəfini qoruyub. "Neftçi"dən ayrılandan sonra isə o, Latviya "Riqa"sının uğurları üçün çalışırdı. 


Digər xəbərlər

Xəbər xətti