“Zirə” heyətinə yeni əcnəbi futbolçu cəlb etmək istəyir.
Sportarena.az xəbər verir ki, bunu İtaliya mətbuatına müsahibəsində futbolçunun meneceri Joao Santos deyib.“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyonun da meneceri olan Santos oyunçunun adını çəkməyib: “Çox ümidverici bir futbolçu var. Hazırda onun keçidi üçün Azərbaycanın “Zirə” klubu ilə danışıqlar aparırıq”.
Qeyd edək ki, “Zirə” qış fasiləsində "Qarabağ"dan Musa Qurbanlını icarəyə götürüb.