Levandovski ilin ən yaxşı idmançısı oldu

17:10 11 Yanvar 2021

Polşada 2020-ci ilin ən yaxşı idmançısı məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu, “Bavariya”nın futbolçusu Robert Levandovskidir.32 yaşlı hücumçu karyerası ərzində 2-ci dəfə bu mükafatı qazanıb. Levandovski 2016-cı ildə də Polşada ilin idmançısı seçilmişdi.

 

Hücumçu FİFA tərəfindən də 2020-ci ilin ən yaxşı futbolçusu seçilib. 


Digər xəbərlər

Xəbər xətti