Millimizin sabiq futbolçusu “Konyaspor”a keçir

11:05 12 Yanvar 2021

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçmiş üzvü, hazırda Almaniyanın “Boxum” klubunda çıxış edən Barış Ekincier karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, Super Liqada mübarizə aparan “Konyaspor” 22 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Gənc oyunçunun yaxın günlərdə Konyaya gələrək, uzunmüddətli müqaviləyə imza atacağı gözlənilir.

 

Qeyd edək ki, Türkiyə və Azərbaycan vətəndaşlığı olan Barış Ekincier peşəkar karyerasında indiyədək 79 oyun keçirib. Ekincier bu matçlarda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan millisinin formasını 12 dəfə geyinən futbolçu 4 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti