Fil Dişi Sahili yığmasının sabiq futbolçusu Sol Bamba xərçəng xəstəliyinə tutulub.
Sportarena.az xəbər verir ki, bu barədə mərkəz müdafiəçisinin klubu "Kardiff” məlumat yayıb.Çempionşip təmsilçisi 36 yaşlı oyunçuda lenf xərçəngi aşkarlandığını açıqlayıb. Ucaboy futbolçunun müayinəsinə artıq start verilib.
PSJ-nin yetirməsi olan Bamba karyerası ərzində "Danfermlayn”, "Hibernian”, "Lester”, "Trabzonspor”, "Palermo”, "Lids” və "Kardiff”in formasını geyinib.