“Real”ın futbolçusu rəsmən Bundesliqa klubunda

11:00 15 Yanvar 2021

İspaniyanın “Real” klubu hücumçusu Luka Yoviçi icarəyə göndərib.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi serb futbolçunu sabiq klubu “Ayntraxt”a icarəyə verib.Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu mövsümün sonuna qədər Almaniya təmsilçisinin uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, 2019-cu ildə məhz “Ayntraxt”dan 63 milyon avroya “Real”a keçən Yoviç bu mövsüm müxtəlif zədələr səbəbindən La Liqada cəmi 4 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti