"Qarabağ"ın sabiq futbolçusu klubunu təhqir etdi

16:16 15 Yanvar 2021

"Qarabağ"ın sabiq futbolçusu Maqaye Geyenin qalmaqallı videosu yayılıb.
 

Sportarena.az xəbər verir ki, hazırda çıxış etdiyi Rumıniyanın "Dinamo" klubundan məvacibini ala bilməyən Seneqal əsilli fransalı hücumçu hovuzda iki xanımla çəkilmiş görüntülərini paylaşıb. 31 yaşlı forvard ona borcu olan Buxarest təmsilçisini və yanındakı qadınları təhqir edib: "Dinamo" pulumu vermir. Ona görə də mənim bədənim ağrıyır. Bu zənciləri görürsünüz? Maaş almıram, amma qadınlarla əylənirəm".

 

"Dinamo"da aylıq 25 000 avro qazanan Geyenin məvacib ala bilmədiyi üçün psixologiyasının pozulduğu bildirilir.İddiaya görə, artıq meydana çıxmaq istəməyən futbolçu zədəli olduğunu bəhanə edərək, matçlarda iştirak etmir.

 

Qeyd edək ki, Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib. (Report.az) 


Xəbər xətti