Mahir Emreliyə Polşadan "elçi" var

14:27 17 Yanvar 2021

Azərbaycan millisinin və "Qarabağ”ın hücumçusu Mahir Emreli karyerasını Polşada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.İddiaya görə, "Zaqlebye” 24 yaşlı forvardın keçidində maraqlıdır. Ön xətt üçün bir neçə futbolçu ilə bağlı araşdırma aparan Lubin təmsilçisinin alternativlərindən biri də məhz Emrelidir. Onun "Qarabağ”la müqaviləsinin müddəti mövsümün sonuna qədərdi ki, bunun da Polşa klubu üçün ümidverici olduğu vurğulanıb.

 

Qeyd edək ki, "Zaqlebye” Polşa Ekstraklasasında 14 turdan sonra 22 xalla 6-cı pillədə qərarlaşıb. Mahir Emreli isə cari mövsüm Premyer Liqada 9 matçda 7 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti