“Hazırlığımız yaxşı gedir. Məşqçilərin tapşırığını düzgün yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Tallison Dias klubun televiziyasına açıqlamasına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.Braziliyalı müdafiəçi bildirib ki, hazırkı şəraitdə ölkə xaricinə getməkdənsə, Bakıda qalıb hazırlıq keçmək daha yaxşıdır: “Bütün komanda buradakı mühitə adaptasiya olunub. Bu, bizim üçün daha faydalı olacaq”.
“Keşlə” ilə yoxlama matçında (4:3) dubl edən Tallison bu barədə də danışıb: "Sevindirici haldır ki, son oyunda iki qol vurdum, komandaya köməyim dəydi. Bu cür oyunumuz məşqlərdən irəli gəlir. Orda etdiklərimizi matçlarda təkrarlamağa çalışırıq”.