Rövnəq Abdullayevdən Premyer Liqada klub sayı ilə bağlı AÇIQLAMA

17:25 17 Yanvar 2021

AFFA prezidenti Rövnəq Abdullayev növbəti mövsümdən etibarən Premyer Liqada klub sayının artırılmasını vacib hesab edir.

 

Sportarena.az xəbər verir ki, o, bu barədə Tovuz səfəri zamanı danışıb.“Turan”ın yeni bazasının və akademiyasının açılış mərasiminə qatılan federasiya başçısı bildirib ki, elitada cəmi 8 komandanın olması yaxşı hal deyil və tezliklə bu məsələyə baxılacaq.

 

Abdullayev bölgə təmsilçilərinin Premyer Liqaya gətirilməsi planı üzərində işlədiklərini söyləməklə yanaşı, bir məqama diqqət yetirib.

 

Qeyd edib ki, rəhbəri olduğu SOCAR və AFFA bütün klublara sponsorluq edə bilməz, bunun üçün yerli rəsmi dairələr, özəl şirkətlər də maliyyə dəstəyi verməlidir. (Sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti