Azərbaycan I divizionunda yeni klub

21:19 17 Yanvar 2021

Gələn mövsüm I divizonda çıxış edən klubların sayı artırılacaq.

 

Sportarena.az "Futbol+”a istinadən xəbər verir ki, AFFA rəsmiləri artıq bu istiqamətdə işlərə başlayıblar. İndidən 1 komandaya I divizionda çıxış etməsi üçün hazırlıqları tamamlanması tapşırılığı verilib.

 

Məlumata görə, "Araz Naxçıvan” 2021/22 mövsümündə ölkənin 2-ci liqasında çıxış edəcək. Klub rəsmləri artıq Əsgər Abdullayevə köməkçi və əsas heyət üçün futbolçu axtarışlarını start verib. Naxçıvan Futbol Federasiyasının regionda gördüyü insfrastrukdur dəyişikləri də məhz klubun böyük futbola qayıdışı üçün həyata keçirilib.

 

Qeyd edək ki, I divizionda iştirak edəcək daha bir klubun adı isə bu il baş tutacaq Region Liqası keçirildikdən sonra bəlli olacaq. Burada çempion olan komanda yeni mövsümdən ölkənin əsas 2-ci liqasında iştirak etmək hüququ əldə edəcək.


Digər xəbərlər

Xəbər xətti