“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.
Sportarena.az xəbər verir ki, paytaxt klubu Nemanya Andelkoviçlə anlaşıb.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, serbiyalı futbolçu daha əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor” klublarında çıxış edib.