“Zirə” Azərbaycan Premyer Liqasında keçirdiyi ev oyunlarında 100-cü qola imza atıb.
Sportarena.az xəbər verir ki, bu, 14-cü turun “Qəbələ” ilə qarşılaşmasına təsadüf edib. 2:0 hesabı ilə başa çatan qarşılaşmada “qartallar”ın ikinci qoluna imza atan Davit Volkov yubiley qolunun müəllifi olub.“Zirə” bunadək öz meydanında keçirdiyi 76 oyunda 98 qol vurmuşdu. 100-ə 77-ci matçda çatan komandanın orta məhsuldarlığı 1,30-a bərabərdir.
Qeyd edək ki, “Zirə”nin evdəki 1-ci qolunu Viktor İqbekoyi vurub. O, 2015-ci avqustun 9-da AZAL-la ev görüşündəki yeganə topun müəllifi olub. “Zirə”nin öz meydanındakı 50-ci qolu isə 2017-ci il oktyabrın 14-nə təsadüf edib. “Kəpəz” üzərində 3:0 hesablı qələbədə ikinci qola imza atan Təmkin Xəlilzadə yubiley topunun müəllifi olub.