Kriştiano Ronaldo 12,3 milyonluq təklifi rədd etdi

13:52 24 Yanvar 2021

"Yuventus"un ulduzu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından aldığı reklam təklifini rədd edib.

 

Sportarena.az xəbər verir ki, ərəblər portuqaliyalı futbolçuya ən son turizm yeniliklərinin reklamı üçün illik 5,3 milyon funt-sterlinq (təxminən 12,3 milyon manat) təklif edib. Amma Ronaldu reklam təklifini qəbul etməyib.

 

Məlumata görə, Ronaldudan rədd cavabı alan ərəblər "Barselona"nın ulduzu Lionel Messiyə təklif göndərib. Argentinalı futbolçu hələlik təklifə cavab verməyib.


Digər xəbərlər

Xəbər xətti