Yunis Hüseynov istefa verdi

14:03 24 Yanvar 2021

"Keşlə" komandasının baş məşqçisi Yunis Hüseynov bu gün istefa ərizəsini rəhbərliyə təqdim edib. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, keçirilən görüşdən sonra Hüseynovun istefası qəbul olunub.55 yaşlı mütəxəssis “Keşlə” Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb. Rəhbərlik də öz növbəsində Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.

 

Qeyd edək ki, Yunis Hüseynov "Keşlə"yə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti