“Bavariya”nın hücumçusu Robert Levandovski 1 oyunda 3 rekorda imza atıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu bunu Bundesliqanın 18-ci turu çərçivəsində qarşılaşdıqları “Şalke” ilə səfər matçında (4:0) gerçəkləşdirib.O, qarşılaşmanın 54-cü dəqiqəsində fərqlənməklə bu mövsüm vurduğu qolların sayını 23-ə çatdırıb. Beləliklə, polşalı oyunçu Bundesliqada ilk 18 matçda 23 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşüb.
Həmçinin Levandovski ardıcıl 8 səfər görüşündə rəqib qapısına zərbə vurmağı bacaran ilk futbolçu olub. Bundan əlavə, Polşalı futbolçu “Şalke” ilə ardıcıl 11 oyunda fərqlənib. Belə göstərici Bundesliqa üçün rekord hesab edilir.
Qeyd edək ki, “Bavariya” hazırda turnir cədvəlində 42 xalla liderdir.