Azərbaycan Premyer Liqasında növbəti təyinatlar açıqlanıb.
Sportarena.az xəbər verir ki, V turdan təxirə salınan “Qarabağ” – “Səbail” görüşünün hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi bəlli olub.Ağdam təmsilçisinin ev oyunu “Azərsun Arena”da baş tutacaq. Matçı Elçin Məsiyev idarə edəcək.
28 yanvar
16:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli