"Qalatasaray"ın hücumçusu İngiltərə klubunda

20:00 27 Yanvar 2021

"Qalatasaray"ın futbolçusu Mbaye Diagne karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, seneqallı hücumçu "Vest Bromviç"lə anlaşıb.Premyer Liqa təmsilçisi 30 yaşlı forvardı cari mövsümün sonunadək icarəyə götürüb. Klub yayda təcrübəli oyunçunu birdəfəlik transfer edə bilər.

 

Qeyd edək ki, Mbaye Diagne bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 19 oyunda 11 qol vurub. Onun İstanbul klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. 


Digər xəbərlər

Xəbər xətti