"Zlatanın dünyasında irqçiliyə yer yoxdur" - İbrahimoviç

10:05 28 Yanvar 2021

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliya kubokunun 1/4 finalında "İnter"lə qarşılaşmada rəqib hücumçu Romelu Lukaku ilə kələ-kəllə gəldiyi zaman irqçi ifadələr işlətmədiyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, isveçli hücumçu sosial hesabında bu barədə məlumat yayıb:

 

"Zlatanın dünyasında irqçiliyə yer yoxdur. Hamımız eyni irqik, hamımız bərabərik. Hamımız futbolçularıq, bəzilərimiz digərlərindən daha yaxşıdır".

 

İlk hissənin sonlarında ağızlaşan futbolçular sarı vərəqə ilə cəzalandırılıblar. 58-ci dəqiqədə Lukakuya qarşı kobud oynayan İbrahimoviç 2-ci sarı vərəqə alaraq meydanı tərk edib.


Digər xəbərlər

Xəbər xətti