“Fənərbaxça” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Kuinz Park Reyncers” klubunun yarımmüdafiəçisi Brayt Osayi-Samueli transfer edib.
Bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı vingerlə 4.5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Nigeriyalı yarımmüdafiəçi yeni komandasında “21” nömrəli formanı geyinəcək.