“Beşiktaş” mövsümün sonunda müqaviləsi başa çatacaq kanadalı yarımmüdafiəçisi Atiba Hatçinsonun sözləşməsini uzatmağa qərar verib.
Sportarena.az xəbər verir ki, karyerasını davam etdirmək istəyən 38 yaşlı futbolçu daha bir mövsüm İstanbul təmsilçisində çıxış etməyi qəbul edib. Təcrübəli futbolçunun illik maaşı 550 min avro olacaq.
Atiba 2013-cü ildə PSV-dən "Beşiktaş"a keçib. O, bu mövsüm Super Liqada keçirdiyi 18 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.