Millimiz Xorvatiya ilə eyni qrupda

18:22 28 Yanvar 2021

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində onlayn formatda təşkil olunan tədbirdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.Milan Obradoviçin başçılıq etdiyi komandamız Finlandiya, Estoniya, Norveç, Avstriya, Xorvatiya seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq.Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.

 

A qrupu: Azərbaycan, Finlandiya, Estoniya, Norveç, Avstriya, Xorvatiya. 


Xəbər xətti