"Neftçi"dən ayrılan Prins İbaranın yeni klubu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Belçikanın "Berşot" klubu konqolu hücumçunu bu dəfə Fransa təmsilçisi "Şatoru"ya icarəyə verib. 25 yaşlı hücumçu mövsümün sonunadək 2-ci liqa klubunda çıxış edəcək.
İbara mövsümün ilk yarısını icarə əsasında "Neftçi"də keçirib. O, "ağ-qaralar"da keçirdiyi 8 oyunda 1 qol vurub.