Haiti millisinin üzvü "Qarabağ"a neçəyə transfer olunub?

17:00 30 Yanvar 2021

"Qarabağ"ın Haiti millisinin futbolçusu Donald Geryenin transferi üçün Türkiyə "Alanyaspor"una ödədiyi məbləğ açıqlanıb.

 

 

xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb. 

 

Qəzet Super Liqa klubununun son 3 ildə futbolçu satışından qazandığı məbləği araşdırıb. "Alanyaspor" 6 oyunçu satışından ümumilikdə 20,4 milyon avro gəlir əldə edib ki, bu da rekord göstərici sayılır.

 

Alanya təmsilçisi Geryeni 2017-ci ilin yayında "Qarabağ"a 800 min avroya satıb. Digər futbolçulara gəlincə, Anastasios Bakasetas "Trabzonspor"a 3,5 milyon avroya, Melih Demirel İtaliya "Sassuolo"suna 8 milyon avroya, Emre Akbaba "Qalatasaray"a 4 milyon avroya, Vaqner Lav "Beşiktaş"a 3 milyon avroya, Lukas Vilyavanyes Meksika "Moreliya"sına 1,6 milyon avroya keçib.

 

Qeyd edək ki, Donald Gerye 2017-ci ilin yayında "Alanyaspor"dan "Qarabağ"a transfer olunub. 2019-cu ildə "Neftçi"yə üz tutan haitili futbolçu ötən yay Ağdam klubuna qayıdıb. Cari mövsümdə 16 oyun keçirən sol cinah müdafiəçisi 6 qol vurub.


Digər xəbərlər

Xəbər xətti