Türkiyənin “Başakşəhər” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Aykut Kocaman çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilə ilə bağlı detalların fevralın 1-də açıqlanacağı bildirilib.
Qeyd edək ki, Kocaman bu vəzifədə ötən gün istefaya göndərilmiş Okan Buruku əvəzləyəcək.
Xatırladaq ki, Aykut Kocaman son olaraq “Konyaspor”u çalışdırıb. O, “Fənərbaxça”, “Ankaraspor”, “Malatyaspor” və “İstanbulspor”un da baş məşqçisi olub.